Proqram haqqında:
Bu kursda fotoları redaktə edərkən Adobe Photoshop proqramından effektiv istifadə etməyi öyrənəcəksiz. Köməkçi proqramlar olan Bridge and Camera Raw barəsində də ətraflı məlumat veriləcək. Kurs ərzində “layer”, “mask”, “adjustment layer”, “blend mode”, smart object” və s. kimi mövzuları mənimsəyəcək və onların sizin işlərinizdə yaradacağı imkanlar barədə məlumat əldə edəcəksiniz. Həmçinin, proqramın interfeysi, tənzimləmələri, rəng sistemləri, web və print sənədləri, alətlər, crop, mətnlər, mətn və paraqraf stilləri, layer stilləri, filterlər və s. biliklər əldə edəcəksiz. Dərslərə uyğun tapşırıqlar, həmçinin retuş dərsləri, fotoların manipulyasiyası və s. biliklər əldə edəcəksizniz.
Dərslərin ümumi sayı 24-dür. (Həftədə 2 dəfə, 1 dərs – 90 dəq).
Müəllim: Mirəfqan Sultanov.
3 aylıq proqramı uğurla tamamlayan tələbələr sertifikatla təltif olunur.