Adobe Premiere Pro kursu

960 600 Sultanoff
  • 2
Adobe Premiere Pro CC – video montaj sahəsində ən məşhur proqramlardan biridir. Böyük imkanlara malik bu proqram, yerli televiziyalarla yanaşı, dünyanın böyük televiziya şirkətlərində də istifadə edilir.
3 aylıq kurs müddətində, Siz proqramın imkanlarını ətraflı öyrənəcək, müxtəlif layihə videolarının montaj üsullarını mənimsəyəcəksiz. (Musiqi klipi, televiziya verlişləri, sənədli film və s.). Gələcəyinizi video montaj sahəsində inkişaf etdirməyi düşünürsünüzsə, sizin üçün ən yaxşı seçim Adobe Premiere Pro olacaq. 
Sultanoff Creative Academy-də 3 ay ərzində bu proqramı yüksək səviyyədə öyrənmək imkanınız var. Kursumuzu bitirən tələbələrə seçdiyi sahədə iş axtarışında da daim dəstək oluruq.
Dərslərin ümumi sayı 24-dür (Həftədə 2 dəfə, 1 dərs saatı – 90 dəq).

 
Dərslər həm fərdi, həm də qrupda keçirilir. Ödənişlə bağlı bu linkdən məlumat ala bilərsiniz.
 
3 aylıq proqramı uğurla tamamlayan tələbələrimiz sertifikatla təltif olunur.
Müəllim: Mirəfqan Sultanov